Məzmuna keç

Norveçdə qəribə hadisə: balıqlar fermadan qaçıb

Norveç sahillərində yerləşən balıq fermasından 27 min qızılbalıq qaçıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən böyük dəniz məhsulları şirkətlərindən biri olan Mowi balıqların fırtınalı havada qəfəsin halqasını açaraq qaçdığını açıqlayıb.

Bildirilib ki, qaçan balıqların orta çəkisi 5,5 kiloqram olub.

Hadisədən sonra Norveç Balıqçılıq Agentliyi balıqların yenidən tutulması üçün səyləri artırmaq barədə tapşırıq verib.

Tapılan hər balıq üçün şirkət 500 Norveç kronu mükafat verəcək.

Qeyd edək ki, ötən ilin yayında vəhşi qızılbalıqların sayı tarixi minimuma endikdən sonra Norveçdə 33 çayda qızılbalıq ovu qadağan edilib.

Şəbnəm Mehdizadə