Ərəb və Aralıq dənizi ölkələri meşə yanğınları ilə mübarizə üçün şəbəkə yaradacaq.
E-huquq.az Mərakeş xəbər agentliyi MAP-a istinadən xəbər verir ki, bu barədə Mərakeş Milli Su və Meşə Agentliyinin baş direktoru Əbdürrəhim Humi məlumat verib.
O, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Mərakeş Milli Su və Meşə Təşkilatının birgə təşəbbüsü ilə Rabatda keçirilən və 18 ölkənin iştirak etdiyi “Meşə yanğınlarının inteqrasiyalı idarə edilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı yanğınlarla bağlı bəzi maqamlara toxunub.
Baş direktor konfransın bütün aidiyyəti ölkələr arasında yanğın riskləri ilə mübarizə şəbəkəsi yaratmaq məqsədi daşıdığını bildirib.
O, təbii ehtiyatlar üçün təhlükə yaradan meşə yanğınlarının idarə olunması üzrə təcrübə mübadiləsinin və birgə işə başlamağın vacib olduğunu deyib.
Şəbnəm Mehdizadə
