Məzmuna keç

ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb, pilotlar sağ qalıb

ABŞ-ın Kaliforniya ştatında hərbi təyyarə qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə San Dieqo Yanğınsöndürmə İdarəsi məlumat verib.

Yanğınsöndürmə rəsmilərinin məlumatına görə, göyərtəsində 2 pilot olan hərbi təyyarə yerli vaxtla saat 10:16 radələrində San Dieqo körfəzinə düşüb.

Təyyarədən tullanan iki pilot sağ qalıb.

Pilotlar balıqçı qayığı ilə sudan çıxarılıb və xəstəxanaya aparılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Təyyarənin qəzasının səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə