"Terror hadisələrininin törədilməsində süni intellektdən istifadə edilə bilər".
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Google"un idarə heyətinin sabiq sədri Eric Schmidt deyib.
Schmidt həmçinin süni intellektin bəzi ölkələr tərəfindən bioloji silahlar hazırlamaq üçün sui-istifadə edilə biləcəyini də vurğulayıb.
"Bu texnologiya ondan zərərli məqsədlər üçün istifadə etmək üçün sürətlə inkişaf edir" – deyə sabiq sədr əlavə edib.
O bildirib ki, özəl texnologiya şirkətlərinə dövlətlər tərəfindən nəzarət edilməlidir.
Şəbnəm Mehdizadə
