Məzmuna keç

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, yaralılar var

Almaniyanın Münxen şəhərində avtomobil izdihamın üzərinə sürülüb.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 20-ə yaxın şəxs yaralanıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, sürücü hadisəni qəsdən törədib.

Humay Eminqızı