Türkiyədə vəkili maşınla vurmaqda təqsirləndirilən polis əməkdaşına hökm oxunub.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Şırnak 3-cü Ağır Cəza Məhkəməsində baxılan cinayət işi üzrə sonuncu məhkəmə iclası keçirilib.
Məhkəmənin hökmü ilə polis əməkdaşı 13 il 4 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin aprel ayında baş verib. Polis əməkdaşı S.E xarab avtomobilinin yanında dayanan vəkil Serkan Karakaşı arxadan vurub. Ağır yaralanan Serkan Karakaş xəstəxanaya aparılıb, S.E. isə saxlanılıb. Daha sonra S.E. məhkəmə nəzarəti altında azadlığa buraxılıb. Onun barəsində "qəsdən adam öldürməyə cəhd" və "mülkiyyətə ziyan vurma" maddələri ilə cinayət işi açılıb.
Şəbnəm Mehdizadə
