Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) daha bir PKK/KCK terrorçusunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, təhlükəsizlik qurumlarından əldə edilən məlumata görə, MİT-in uzun müddətdir izlədiyi terrorçu Medeni Altunderenin təşkilatın Fransa strukturunda təbliğat fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
Fransa və Almaniyada PKK/KCK adına həyata keçirilən aksiyalarda, tədbirlərdə və digər mərasimlərində iştirak edən Altunderenin İstanbulda olduğu müəyyən ediib.
MİT və İstanbul Polis İdarəsi birgə əməliyyat təşkil edib. Əməliiyat zamanı saxlanılan terrorçu həbs edilib.
Şəbnəm Mehdizadə
