Məzmuna keç

Etna vulkanında lava axını davam edir

İtaliyanın Etna vulkanında lava axını davam edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnada fevralın 8-də başlayan lava axınının davam edir.

Bocca Nuova kraterinin cənubundakı yarıqdan təxminən 3000 metr yüksəklikdə lava axını yaranıb.

Lava vulkanın cənub-qərb yamacında hərəkət edərək, Galvarina sığınacağı yaxınlığında dəniz səviyyəsindən təxminən 1950 metr yüksəkliyə çatıb.

Lava təbiət hadisəsini izləmək üçün çoxlu turistin toplaşdığı Altomontana təpəsinin 200 metrliyinə qədər yaxınlaşıb.

Humay Eminqızı