Məzmuna keç

ABŞ-də təyyarə qəzası nəticəsində 2 nəfər ölüb

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində təyyarə qəzası baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Atlantanın şərqindəki hava limanından havaya qalxan tək mühərrikli təyyarə havaya qalxdıqdan qısa müddət sonra Kovinqton Bələdiyyə Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində iki nəfər ölüb.

Qəzada ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanın səbəblərini araşdırır.

Şəbnəm Mehdizadə