Türkiyənin Tekirdağ şəhərində yaşayış binasında yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tekirdağın Çerkezköy rayonunda yerləşən binanın damında naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis qrupları göndərilib.
Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib.
Zərərçəkmişlər Çerkezköy Dövlət Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə
