Məzmuna keç

Güclü qara görə bu bölgələrdə məktəblər bağlandı

Türkiyənin 3 vilayətində güclü qarla əlaqəli olaraq məktəblər bağlanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kastamonu, Sinop və Samsun vilayətlərində yağan güclü qar bir sıra fəsadlar törədib.

Bəzi rayonlarda yollar buz bağlayıb, gediş-gəliş çətinləşib.

Aidiyyatı qurumlar sözügedən vilayətlərdə dərslərin bağlanmasına dair qərar qəbul edib.

Şəbnəm Mehdizadə