Türkiyənin İstanbul şəhərində metrobusun mühərriki tüstülənib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, dayanacağa yaxınlaşarkən mühərrik hissəsindən tüstü qalxan metrobusun sərnişinləri dərhal təxliyə edilib.
Metrobus daha sonra evakuatorun köməyi ilə qaraja aparılıb.
Təxliyə edilən sərnişinlər digər nəqliyyat vasitələrinə yönəldilib.
Şəbnəm Mehdizadə
