Türkiyənin Zonquldak şəhərində torpaq sürüşməsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonquldakın Kilimli rayonunda yağan güclü yağış nəticəsində torpaq sürüşməsi baş verib.
Sürüşmə nəticəsində ikimərtəbəli binanın qarşısındakı divarı torpaqla birlikdə uçub.
Əraziyə təcili yardım, jandarma və AFAD qrupları göndərilib.
Aparılan yoxlama zamanı sürüşmə ilə əlaqədar 1 ev daimi, 2 ev isə lazımi ehtiyat tədbirləri görülənə qədər müvəqqəti boşaldılıb.
Şəbnəm Mehdizadə
