Məzmuna keç

Avstraliyada 150-dən çox balina sahilə çıxıb

Avstraliyada 60-dan çox balina ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tasmaniya Təbii Sərvətlər və Ətraf Mühit Departamenti məlumat yayıb.

Bildirilib ki, 157 balina adanın şimal-qərbində, Artur çayı yaxınlığındakı ucqar çimərlikdə sahilə çıxıb.

Təxminən 90 balina sağ qalıb. Bölgədəki mütəxəssislər və baytarlar xilasetmə işlərini davam etdirir.

Şəbnəm Mehdizadə