Türkiyənin İstanbul şəhərində 6 mərtəbəli binada yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Beşiktaş səmtində 6 mərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzildə naməlum səbəbdən yanğın başlayıb.
Əraziyə polis, xilasetmə və tibb qrupları göndərilib.
Polis qrupları binadakı insanları təxliyə edərək təhlükəsizlik tədbirləri görüb.
Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.
Hadisə nəticəsində binadakı bəzi mənzillərə ziyan dəyib.
Şəbnəm Mehdizadə
