Türkiyənin İzmir şəhərində ər arvadını bıçaqlayaraq öldürüb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirin Aliağa rayonunda bir qadın ərindən ayrılmaq qərarına gəlib və bunun üçün məhkəməyə müraciət edib.
Həyat yoldaşını görüşə çağıran kişi qadını bıçaqlayıb.
Ər yaralı qadını meşəyə ataraq hadisə yerindən uzaqlaşıb.
Ətrafdakı vətəndaşlar təcili yardım qruplarına xəbər verib.
Hadisə yerinə gələn tibb qruplarının müayinəsi nəticəsində gənc qadının öldüyü müəyyən edilib.
Hadisəni törədən şəxsin axtarış tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
