Məzmuna keç

“Yandex”in gəlirləri artıb

Rusiyanın texnolojgiya şirkəti "Yandex"in gəlirləri artıb.

E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin gəlirləri 2024-cü ildə əvvəlki illə müqayisədə 37 faiz artaraq, ilk dəfə 1 trilyon rublu (təxminən 11,2 milyard dollar) ötüb.

Şirkətin xalis mənfəətinin ötən il 2023-cü ilə nisbətən 94 faiz artaraq 100,9 milyard rubla çatdığı bildirilib.

Hesabat dövründə şirkətin gəlirinin 37 faiz artaraq 1,1 trilyon rubla çatdığı da qeyd olunub.

2025-ci ildə isə gəlirlərin daha da artacağı proqnoz edilir.

Şəbnəm Mehdizadə