Məzmuna keç

İstanbulda terror aktı planlaşdıran şəxs yaxalandı

Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdıran şəxs yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul polisi İŞİD terror təşkilatından hücum əmri alaraq yəhudi məktəblərinə və sinaqoqlara hücum etməyə hazırlaşan terrorçunu izləməyə başlayıb.

Addım-addım davam edən təqibdən sonra həmin terrorçu yaxalanaraq həbs edilib.

Şübhəli A.A.-nın Türkiyədə və xaricdə axtarışda olan digər şübhəli ilə əlaqəsi də üzə çıxıb.

Şəbnəm Mehdizadə