Məzmuna keç

Braziliyada fövqəladə vəziyyət elan edildi

Braziliyanın Buritikupu şəhərində əmələ gələn nəhəng çuxurlar yüzlərlə ev üçün təhlükəyə çevrilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmilər bölgədə fövqəladə vəziyyət elan edib.

Maranhao əyalətinin Buritikupu şəhərində bir çox bina sökülüb.

55 min nəfər əhalisi olan əyalətdə 1200 nəfər evlərini itirmək təhlükəsi ilə üzləşib.

Maranhao Federal Universitetinin coğrafiyaşünası və professoru Marcelino Farias deyib ki, güclü yağışlar uçqun təhülkəsini daha da artırır.

Şəbnəm Mehdizadə