Məzmuna keç

İstanbulda yol çöküb, yaxınlıqdakı sakinlər təxliyyə edilib

Türkiyənin İstanbul şəhərində yol çöküb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Qaziosmanpaşa qəsəbəsində bir məhəllənin müxtəlif yerlərində torpaq sürüşməsi baş verib.

Bəzi binaların divarlarında çatlar əmələ gəlib, yolda çökmənin olduğu müəyyən edilib.

Divarları çatlamış 4 binanın skainləri təxliyyə edilib.

Şəbnəm Mehdizadə