22.10.2026
Natəvan Hacıyeva dəfn olundu – Foto
Hadisə

Natəvan Hacıyeva dəfn olundu – Foto

May 2, 2019

Dünən vəfat edən Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva ilə vida mərasimi keçirilib.

Mərhumla vida mərasimi evində olub.

Mərasimdə N.Hacıyevanın sənət yoldaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Evində keçirilən vida mərasimindən sonra mərhum Yasamalda köhnə qəbiristanlıqda dəfn olunub.

Sabah saat 13:00-da Təzə Pir məscidində 3 mərasimi keçiriləcək.

Qeyd edək ki, 1942-ci ildə anadan olan Natəvan Hacıyeva 1960-ci ildə efirə çıxıb. O, AzTV-nin ilk rəsmi diktoru olub.

Allah rəhmət eləsin!/Ona.az/