Türkiyənin Niğde şəhərində həkim bıçaqlanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ömər Halisdemir Universiteti Tədris və Araşdırma Xəstəxanasında çalışan neyrocərrahla daha əvvəl əməliyyat etdiyi şəxs arasında naməlum səbəbdən mübahisə düşüb.
Xəstə həkimin bədəninin müxtəlif nahiyələrindən bıçaqlayıb.
Hadisə yerinə polis qrupları cəlb edilib.
Həkimin səhhətinin yaxşı olduğu bildirilib.
Nəzarətə alınan şübhəlinin barəsində polis bölməsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Niğde valisi Cahit Çelik hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
"Səhiyyə sektorunda baş verən bu cür hücumları şiddətlə qınayırıq. Səhiyyə işçilərimiz vətəndaşların keyfiyyətli tibbi xidmət alması üçün əllərindən gələni edirlər. Şübhəlinin tutulması lazımi tədbirlər görəcəyik", – deyə vali əlavə edib.
Şəbnəm Mehdizadə
