Məzmuna keç

Hatayda fırtına ciddi fəsadlar törədib

Türkiyənin Hatay şəhərində fırtına bir sıra fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hatayın İskenderun və Arsuz rayonlarında fırtına nəticəsində 3 balıqçı qayığı aşıb. Bəzi bölgələrdə ağaclar avtomobillərin üstünə aşıb.

Şəhərdə axşam saatlarında başlayan və intensivliyi getdikcə artan qasırğa zamanı elektrik naqilləri qırılıb. Bəzi ev və iş yerlərində elektrik enerjisi kəsilib. Bələdiyyə qrupları bölgəyə cəlb olunub.

Polis əməkdaşları təhlükəsizlik tədbirlərini artırıb.

Şəbnəm Mehdizadə