Türkiyənin paytaxtı Ankarda zəncirvari yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın Etimesgut rayonunda 9 avtomobilin toqquşduğu qəzada 4 nəfər yaralanıb.
Bölgəyə polis, təcili yardım və xilasedicilər cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Şəbnəm Mehdizadə
