Ukrayna Prezidenti Volodimir Zelenski sülh planını təqdim etmək üçün gələn həftə Böyük Britaniya Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makronla birgə ABŞ-yə gedə bilər.
E-huquq.az xəbər verir ki, "Daily Mail" nəşri yazıb.
Zelenski, öz növbəsində "X" social şəbəkə hesabında müharibəyə son qoymaq üçün tez işləməyə hazır olduğunu və hətta mineral ehtiyatlar üzrə saziş imzalamağa hazır olduğunu bildirib.
"Bunun baş verməsi təəssüf doğurur. Hər şeyi düzgün etmək vaxtıdır. Biz istərdik ki, gələcək əməkdaşlıq və ünsiyyət konstruktiv olsun", – o qeyd edib.
Nəşrin yazdığına görə, bu bəyanat Starmerlə telefon danışığından sonra verilib. Britaniya lideri Zelenskiyə Ukraynanın özünü Rusiyadan müdafiə etməsinə kömək edəcək sülh sazişi üçün ABŞ-nin dəstəyini qazanmaq şansına sahib olmaq üçün Trampla münasibətləri düzəltməyin vacibliyi barədə xəbərdarlıq edib.
Starmer daha sonra Ukrayna liderinin "sülhə sarsılmaz sadiqliyini" alqışladığını bildirib.
Humay Eminqızı
