Məzmuna keç

ÜST: Qəzzada minlərlə insanın tibbi evakuasiyaya ehtiyacı var

Qəzzada 14 minə qədər insanın hələ də tibbi evakuasiyaya ehtiyacı var.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

O bildirib ki, Qəzzadakı 29 uşaq bu gün müalicə üçün İordaniyaya təxliyyə edilib.

"Bu, atəşkəsdən sonra İordaniyaya ilk tibbi evakuasiya idi. Təxminən 14 min insanın hələ də tibbi evakuasiyaya ehtiyacı var", – deyə baş direktor əlavə edib.

Qebreyesus bəyan edib ki, ÜST bütün mümkün vasitələrlə, o cümlədən Şərqi Qüds də daxil olmaqla, işğal altındakı İordan çayının qərb sahilinə tibbi yardımın bərpası üçün icazələrin artırılmasını tələb etməyə davam edir.

Şəbnəm Mehdizadə