Almaniyada 15 polis məmuru barəsində istintaqa başlanılıb.
E-huquq.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Hamburq Polis İdarəsi məlumat yayıb.
Məlumatda 15 polis haqqında irqçi fikirlər səsləndirdiklərinə görə istintaq başladıldığı bildirilib.
Bəyanatda polisin ksenofob, irqçilik və zorakılığı tərənnüm edən mesajlar göndərdiyinə dair güclü dəlillərin olduğu qeyd edilib.
Açıqlamada 6 fəal polis əməkdaşının və 3 təqaüddə olan polis əməkdaşının evlərində və iş yerlərində axtarış aparıldığı, 7 polis əməkdaşının isə fəaliyyətinin dayandırıldığı bildirilib.
Hamburq Polis İdarəsinin rəisi Frank Şnabel verdiyi açıqlamada bütün növ ayrı-seçkiliyi, zorakılığı və ya ksenofobiyanı pislədiyini bildirib.
Şəbnəm Mehdizadə
