Məzmuna keç

İstanbulda itkin düşən memarın axtarışları davam edir

Türkiyənin İstanbul şəhərində itkin düşən memarın axtarışları davam edir.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 36 yaşlı memar martın 2-də evindən çıxdıqdan sonra itkin düşüb.

O, evdən çıxarkən yaxınlarına İstanbul ərazisindəki Belqrad meşəsinə getdiyini deyib.

Bölgədə aparılan axtarışlar zamanı memarın jaketi, mobil telefonu və digər əşyaları tapılıb.

Axtarışlara polis, AFAD qrupları ilə yanaşı könüllü axtarış-xilasetmə qrupları da qatılıb.

İndiyə qədər meşədə təxminən 28 kilometrlik ərazidə axtarış işləri başa çatıb.

Şəbnəm Mehdizadə