Məzmuna keç

ABŞ-də polis əməkdaşlarını öldürənlər edam olunacaq –

ABŞ prezidenti Donald Tramp polis məmurlarını öldürənlərə edam cəzası verilməsi ilə bağlı fərman imzaladığını açıqlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ikinci prezidentlik müddətinin ilk qurultayında çıxış edən Tramp bu barədə bildirib.

O qeyd edib ki, bu qərar polislərin və xalqın təhlükəsizliyini təmin etmək mövzusundakı qətiyyətini göstərir.

Bundan başqa, Trampın 21 yanvar 2025-ci ildə imzaladığı digər fərmanla ölüm cəzasının əhatə dairəsi genişləndirilib, ağır cinayətlər törədən qeyri-qanuni mühacirlər və polis əməkdaşlarını öldürənlər də bu kateqoriyaya daxil edilib.

Bu Fərman Ədliyyə Departamentinə edamları həyata keçirmək üçün zəruri olan öldürücü inyeksiya dərmanları ilə təmin etmək və müəyyən hallarda ölüm cəzası tələb etmək səlahiyyəti verəcək.

Humay Eminqızı