Filippində ötən gün itkin düşən döyüş təyyarəsinin qalıqları və 2 pilotun cəsədi tapılıb
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün təlim uçuşu həyata keçirən FA-50 döyüş təyyarəsi ilə əlaqə kəsilib.
Bölgəyə sövq edilən axtarış-xilasetmə qrupları Kalatunqan dağındakı meşəlik ərazidə döyüş təyyarəsinin qalıqlarını və iki pilotunun cəsədini tapıb.
"Təyyarənin göyərtəsində olan iki pilotun həyatını itirdiyini dərin kədər hissi ilə bildiririk", – deyə Flippin Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.
Flippin Hərbi Hava Qüvvələrinin sözçüsü polkovnik Consuelo Castillo, qəzanın səbəbi ilə bağlı qəti bir şey deyə bilməməyəcəklərini deyib və hərtərəfli istintaq tədbirləninin davam etdiyini qeyd edib.
Qeyd edək ki, Filippin 2015-ci ildə "Korea Aerospace Industries Ltd" şirkətindən 18,9 milyard peso (331 milyon dollar) dəyərində 12 ədəd FA-50 almışdı.
Şəbnəm Mehdizadə
