Fransada ən yüksək inzibati nəzarət orqanı olan Dövlət Şurası vəkillərə hicab qadağasını təsdiqləyib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, qurum Fransa Milli Vəkillər Kollegiyasının hicab daxil olmaqla, vəkillər üçün müxtəlif dini simvolların qadağan edilməsi təklifini dəyərləndirib.
Dövlət Şurasının yaydığı bəyənatda bütün vəkillərin vahid geyimdə olmasının vacibliyi qeyd olunub.
Qurum vəkillər üçün vahid geyimin ədalətli məhkəmə araşdırması baxımından zəruri şərt olduğu qənaətinə gəlib.
Qeyd edək ki, Fransa Milli Vəkillər Kollegiyası 2023-cü ilin sentyabrında vəkillər üçün müxtəlif simvolların, o cümlədən hicabın qadağan edilməsi təklifini qəbul edib. Vəsatət vəkillərə paltarlarından başqa “fərqləndirici simvollar taxmağın” qadağan edilməsini də ehtiva edir. Fransa Hüquqşünaslar Birliyi qadağanın vəkillərin müstəqilliyini pozduğunu əsas gətirərək bu qərarı dayandırmaq üçün Dövlət Şurasına müraciət edib.
Şəbnəm Mehdizadə
