Türkiyənin Artvin şəhərində sərnişin mikroavtobusunun yük maşınına çırpılması nəticəsində 12 nəfər xəsarət alıb.
E-huquq.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Artvinin Hopa rayonunda mikroavtobus yol kənarında dayanmış yük maşınına çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadası göndərilib.
Yaralılar ilkin tibbi yardımdan sonra ətraf xəstəxanalara çatdırılıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
