ABŞ-ın Havay ştatında yerləşən Kilauea vulkanı növbəti dəfə fəallaşıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.
Partlayışın yerli vaxtla saat 07.30-da baş verdiyi bildirilib.
Bir neçə saat sonra vulkan 45-60 metr yüksəkliyə fasilələrlə lava püskürməyə başlayıb.
VUlkanın yaşayış məntəqələri üçün təhlükə yaratmadığı bildirilib.
Humay Eminqızı
