Məzmuna keç

İstanbulda 14 İŞİD terrorçusu saxlanıldı

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmada münaqişə bölgələrindəki insanlarla əlaqə saxlamaqda şübhəli bilinən 20 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Polis qüvvələrinin İstanbulun 9 rayonunda 18 fərqli ünvanda keçirdiyi əməliyyatda 14 şübhəli saxlanılıb.

Digər 6 şübhəlinin tutulması üçün tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə