Məzmuna keç

“Fransa liderinin açıqlamaları Parisin müharibəni davam etdirməkdə həvəsli olduğu təəssüratı yaradır” –

"Fransa liderinin açıqlamaları Parisin müharibəni davam etdirməkdə həvəsli olduğu təəssüratı yaradır".

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Fransa Prezidenti Emmanuel Makronun dünənki xalqa müraciətini oxusanız, Fransanın həqiqətən də müharibənin davamını istədiyini hiss edirəriniz", – Peskov qeyd edib.

"Üstəlik, Fransa artıq nüvə silahından təhlükəsizlik məqsədləri üçün istifadə etməyə hazırdır və s. Bu, artıq nüvə ritorikasıdır, bu, Avropada nüvə liderliyinə iddiadır. Yəni, bu, çoxqarşıdurmadır", – o vurğulayıb.

Humay Eminqızı