Türkiyənin İstanbul şəhərinin Bahçelievler rayonunda naməlum şəxslər Zəfər Məhəlləsinə silahlı basqın edib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı hücumu nəticəsində 16 yaşlı yeniyetmə həyatını itirib, 2 nəfər yaralanıb.
Polis qaçan şübhəliləri tutmaq üçün əməliyyata başlayıb.
Humay Eminqızı
