Türkiyənin Mersin şəhərində bir mənzildən 10 ton zibil çıxarılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mersinin Toroslar rayonunda sakinlər yaşayış evindən gələn pis qoxuya görə bələdiyyəyə müraciət ediblər.
Əraziyə polis və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.
Evdən xeyli miqdarda tullantı çıxarılıb, təmizlik və dezinfeksiya işləri görülüb.
Evin sahibi olan yaşlı qadın Ailə və Sosial Xidmətlər İdarəsi tərəfindən himayə altına alınıb.
Humay Eminqızı
