Məzmuna keç

Beynəlxalq axtarışda olan Bosniya və Herseqovina vətəndaşı Türkiyədə saxlanıldı

İnterpolun axtarışa verdiyi Bosniya və Herseqovina vətəndaşı Türkiyədə saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, oğurluqda təqsirləndirilərək İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan A.K Muğlanın Fethiye rayonunda jandarma tərəfindən həyata keçirilən əməliyyat nəticəsində yaxalanıb.

Müvafiq prosedurlardan sonra həmin şəxs Muğla Miqrasiya İdarəsinin Repatriasiya Mərkəzinə təhvil verilib.

Şəbnəm Mehdizadə