ABŞ-nin Təhsil Nazirliyində 1300 mülki işçini ixtisar ediləcək.
E-huquq.az xəbər verir ki, bu barədə nazirlik rəsmsi Rachel Oglesby məlumat verib.
O, restrukturizasiya prosesi çərçivəsində planlaşdırılan ixtisarların tezliklə baş tutacağını bildirib.
Nazirlik rəsmisi qurumun ümumi işçilərinin sayının təxminən 4 min nəfərdən çox olduğunu qeyd edib.
İslahatlar çərçivəsində həmçinin nazirliyin Nyu York, Boston, Çikaqo və Klivlend kimi şəhərlərdəki binalarının icarə müqavilələrinə də xitam verilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ikinci dəfə seçildiyi prezidentlik müddətində israfçılığı azaltmaq üçün addımlar atacağını açıqlayıb.
O, vəzifəyə gəldiyi gündən bu yana Ədliyyə Nazirliyi başda olmaqla müxtəlif federal qurumlarda çalışan bir çox insanı işdən çıxarıb.
Şəbnəm Mehdizadə
