İsveçrədə siyasətçi 7,386 dollar məbləğində cərimə yazılıb.
E-huquq.az "Aargauer Zeitung" qəzetinə istinadən xəbər verir ki, ölkənin Sürix şəhərində yerləşən Buxs qəsəbəsinin yerli şurasının üzvü Mark Jaisli ötən ilin avqust ayında övladlarına çəhrayı rəngli su tapancası sifariş edib.
Rəsmilər su silahlarının ölkənin silah qanununu pozduğunu hesab edib.
Buna görə də siyasətçiyə 7,386 dollar məbləğində cərimə yazılıb.
O, qanunu pozmasından xəbərsiz olduğunu və cəriməni ödədiyini bildirib.
Şəbnəm Mehdizadə
