Məzmuna keç

“Boranı” restoranındakı yanğın söndürüldü –

Bakıda "Boranı" restoranında baş verən yanğın söndürülüb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Əhmədli" metrostansiyası yaxınlığında restoranın tüstü bacasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.

***

Bakıda "Boranı" restoranında yanğın başlayıb.

FHN-dən e-huquq.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.