Məzmuna keç

Türkiyədə evdə yanğın zamanı ana və iki övladı həlak olub

Türkiyənin Aydın şəhərində yaşayış evində baş verən yanğın zamanı bir ailənin 3 üzvü həlak olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazilli rayonunda baş verən yanğında ana və onun 4 və 11 yaşlı iki övladı ölüb.

Məlumata görə, mənzil Turqay Gezgin adlı yanğınsöndürənə məxsus olub. Ölənlər isə onun həyat yoldaşı və iki azyşalı övladı olub.

Hazırda yanğının səbəbləri araşdırılır.

Humay Eminqızı