Məzmuna keç

“Rusiya Qəhrəmanı” olan mayor Kurskda həlak oldu

Rusiyanın Kursk vilayətində döyüş tapşırığını yerinə yetirərkən "Rusiya Qəhrəmanı" mayor Marat Tibilov həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyası məlumat yayıb.

"Rusiya Milli Qvardiyasının rəhbərliyi və bütün şəxsi heyəti, Marat Tibilovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verir", – qurumdan bildirilib.