Məzmuna keç

Universitet tələbəsi vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə universitetin sosila media hesablarında məlumat verilib.

Qeyd olunub ki, vəfat edən tələbə universitetin İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin I kurs tələbəsi Nihad Məmmədlidir.

"Azərbaycan Texniki Universiteti olaraq tələbəmiz Nihad Məmmədlinin vaxtsız vəfatından dərin kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına səbir diləyirik. Allah rəhmət eləsin", – başsağlığında qeyd olunub.