Məzmuna keç

Göygöldə mikroavtobus aşıb, yaralılar var

Göygöl şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az-ın məlumatına görə, hərəkətdə olan minik avtomobili ilə sərnişin daşıyan mikroavtobus toqquşub.

Zərbənin təsirindən 31 nömrəli xətt üzrə çalışan mikroavtobus yoldan çıxaraq aşıb. Qəzada azı 3 nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.