- 5 Avqust 23:16
Böyük Britaniyanın paytaxtı Londonda içərisində 12 min ədəd "Samsung Galaxy" markalı mobil cihazın olduğu yük maşını oğurlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Yonhap News TV" məlumat yayıb.
Məlumata görə, hadisə "Heathrow" Hava Limanı yaxınlığında baş verib.
Yük maşınında daşınan cihazların ümumi dəyərinin təxminən 9,6 milyon ABŞ dolları olduğu bildirilir.
Polisin apardığı istintaq nəticəsində oğurlanan yük maşını tapılıb və geri qaytarılıb. Lakin onun içərisindəki yüksək dəyərli məhsullarının taleyi hələlik məlum deyil.
Rəsmi açıqlamaya görə, oğurluq hadisəsinin yük maşınının anbara gətirilməsindən sonra baş verdiyi ehtimal olunur. Bütün məhsulların sığortalanmış olduğu qeyd edildiyindən, şirkətə birbaşa maliyyə itkisi yaranmayıb.
Hadisə ilə bağlı istintaq davam etdirilir.
Şəbnəm Mehdizadə