İsrail Qəzzada yardım gözləyənləri hədəf aldı: 20 nəfər öldü


  • 5 Avqust 13:40

İsrail ordusu Qəzza zolağında çadırları, köçkünlərin evlərini və humanitar yardım gözləyənləri hədəf almağa davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Qəzzanın mərkəzində Netzarim kəsişməsi yaxınlığında ABŞ-nin yardım mərkəzinin ətrafında gözləyən kütləni hədəf alması nəticəsində 6 fələstinli həlak olub.

Xan Yunisin qərbində Mavassi rayonundakı Atyaf düşərgəsindəki köçkünlərin çadırlarını hədəf alan hava hücumunda 5 nəfər həyatını itirib.

Qəzzanın mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsinin Əbu Mualla bölgəsinə artilleriya hücumu nəticəsində biri qadın olmaqla 2 fələstinli ölüb. Çoxlu sayda insan yaralanıb.

Xan Yunisin cənubundakı əl-Tina küçəsindəki yardım paylama sahəsində açılan atəş nəticəsində 3 fələstinli ölüb, çoxlu sayda yaralı var.

Qəzza şəhərində həyata keçirilən iki hava hücumunda 4 fələstinli həlak olub, evləri hədəf alınması nəticəsində isə yaralıların olduğu bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər