NASA Aya nüvə reaktoru göndərməyə hazırlaşır - İDDİA


  • 5 Avqust 15:07

ABŞ NASA-nın Ayın səthinə nüvə reaktoru göndərmək planının olduğunu irəli sürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə “Politico” jurnalı əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, nüvə reaktorunun 100 kilovat gücündə olacağı və 2030-cu ilə qədər kosmosa buraxılacağı gözlənilir.

NASA-nın adı açıqlanmayan yüksək vəzifəli rəsmisi ABŞ-ın bu hərəkətlə ikinci kosmos yarışında qalib gəlməyi hədəflədiyini açıqlayıb.

NASA-nın müvəqqəti direktoru Sin Daffinin bu həftə inşa edilməsi və daha sonra Aya göndərilməsi planlaşdırılan nüvə reaktoru layihəsini açıqlaması gözlənilir.

Humay Eminqızı

Oxşar xəbərlər