Cənubi Koreyada tarixdə ikinci ən isti iyul qeydə alınıb


  • 5 Avqust 15:55

Ötən ay Cənubi Koreyada indiyədək müşahidə edilən ikinci ən isti iyul ayı kimi qeydə alınıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Koreya Meteorologiya İdarəsi (KMI) Seulda yaydığı rəsmi açıqlamada məlumat verib.

Bildirilib ki, iyul ayı ərzində ölkə üzrə orta temperatur 27,1 dərəcə təşkil edib.

Qeyd olunub ki, bu göstərici 1994-cü ildə qeydə alınan rekord göstəricidən cəmi 0,6 dərəcə aşağıdır. Həmin il orta temperatur 27,7 dərəcə ilə ölkə tarixində ən isti iyul kimi yadda qalıb.

Humay Eminqızı

Oxşar xəbərlər