Portuqaliyada meşə yanğınları ilə mübarizəni davam edir


  • 5 Avqust 15:58

Həddindən artıq isti hava səbəbindən Portuqaliyanın şimal bölgələrində baş verən meşə yanğınlarına qarşı mübarizə artıq ikinci gündür ki, fasiləsiz şəkildə davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əsasən Vila Real və Mondim de Basto bölgələrində aktiv yanğınlar qeydə alınıb. Yanğınların söndürülməsi üçün 282 texnika, 9 hava nəqliyyatı və 800-dən çox canlı qüvvə cəlb olunub.

Rəsmilər bildiriblər ki, yüksək temperatur və çətin relyef şəraiti yanğınla mübarizəni çətinləşdirir. Hadisə yerində olan yanğınsöndürənlərin artıq ciddi şəkildə yorulduqları və əlavə qüvvələrə ehtiyac duyulduğu vurğulanıb.

Portuqaliya hökuməti isti hava dalğası ilə əlaqədar ölkədə 7 avqust tarixinədək fövqəladə hazırlıq vəziyyəti elan edib.

Həddindən artıq isti hava şəraiti İspaniyada da ciddi fəsadlar törədib. Belə ki, Badajoz şəhərində 85 yaşlı bir kişi istidən həyatını itirib.

Hazırda İspaniyanın doqquz muxtar bölgəsində temperaturun 42 dərəcəyə çatması səbəbilə*orta səviyyəli “narıncı xəbərdarlıq” elan edilib.

Mütəxəssislərin proqnozlarına görə, isti dalğası həftə sonuna qədər Portuqaliya və İspaniyanı əhatə edən Pireney yarımadasında təsirini davam etdirəcək.

Humay Eminqızı

Oxşar xəbərlər